logo

İmişlidə ödəmə terminalından 9200 manat oğurlanıb

12:58 03-08-2023 | icon 1631
İmişlidə ödəmə terminalından 9200 manat oğurlanıb

İmişlidə ödəmə terminalının pul qutusu oğurlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Cinayət Axtarışı İdarəsi və İmişli rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Qızılkənd kəndi ərazisindəki mağazaların birindən 70 manat pul, 2575 manat dəyərində tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından içərisində 9200 manat olan pul qutusunu oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Turan Rzayev və Bakı şəhər sakini Eyyub Məmmədov saxlanılıblar.

Araşdırma aparılır.