Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra avqustun 3-ü gündüz şimal və qərb rayonlarından başlayaraq avqustun 5-i gündüzədək hava şəraiti dəyişəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, arabir leysan xarakterli yağış yağacaq, əsasən dağlıq və dağətəyi rayonlarda yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.