Xəbər verildiyi kimi, avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
YeniAvropa xəbər verir ki, bu barədə Astara rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib. Rühəngiz Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.