logo

QHT Agentliyi Naftalanda üç günlük təlim keçirəcək

13:33 02-08-2023 | icon 1379
QHT Agentliyi Naftalanda üç günlük təlim keçirəcək

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Naftalanda üç günlük təlim keçirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, Agentlik ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin II İnkişaf və Mübadilə proqramı”nı elan edib. Bununla əlaqədar olaraq 25-27 avqust 2023-cü il tarixlərində proqram çərçivəsində Naftalan şəhərində 3 günlük təlimlər təşkil olunacaq.

Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.

Seçimdə ilk dəfə iştirak edənlərə, QHT-də layihə yazılması üzrə məsul şəxslərə, QHT fəaliyyəti ilə yeni məşğul olanlara, regionlarda fəaliyyət göstərən QHT-lərə, xarici dil bilgisi olan şəxslərə (ingilis dili) üstünlük veriləcək.

Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu 13 avqust 2023-cü il saat 18:00-a kimi cavablandırılaraq Agentliyə göndərilməlidir.

Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil ediləcək və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçiriləcək.

İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunacaq.

Təlimdə iştirak üçün onlayn sorğu

https://docs.google.com/forms/d/e/1FAIpQLSegP1siI11AnjIk7aM6_lNn0PqDEY14Wdp_46qwt8Ea0NsA9g/viewform

Qeyd edək ki, QHT-lərin I İnkişaf və Mübadilə Proqramında (Mingəçevir) iştirak edən şəxslər bu təlimə müraciət edə bilməzlər. Həmçinin, təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər. Agentlik Bakıda və bölgələrdə fəaliyyət göstərən QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

file.....0.1-0...