logo

“Koroğlu” metrostansiyası gücləndirilmiş iş rejimidə işləyəcək

11:11 02-08-2023 | icon 1274
“Koroğlu” metrostansiyası gücləndirilmiş iş rejimidə işləyəcək

Bu gün “Qarabağ” futbol klubunun Çempionlar Liqasında Polşanın “Rakuv” komandası ilə keçirəcək oyunu ilə əlaqədar Bakı metropoliteninin “Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Müvafiq əməliyyat planına uyğun olaraq, qarşılaşmanın başlanma vaxtı ərəfəsində stansiyada iş rejimi dəyişdiriləcək.

Metropolitenin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, stansiyadan stadiona yollanacaq sərnişinlərin yönləndirilməsinin, rahatlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə növbətçilik cədvəli tərtib edilməklə işçi qüvvəsi ayrılacaq.

Gün ərzində qatarların hərəkət qrafiki yay iş rejimin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyat qatarların xəttə verilməsi diqqətdə saxlanılacaq. Oyuna çoxsaylı azarkeş marağını nəzərə alaraq, görüş qurtardıqdan sonra sərnişinlərin mənzilbaşına təhlükəsiz və rahat çatmaları üçün qatarların daha intensiv hərəkəti təmin ediləcək. Həmçinin zərurət yarandığı halda, ehtiyat qatarların müvafiq istiqamətlərdə xəttə buraxılması xüsusi nəzarət altında təşkil olunacaq.