Şeyxülislam Dünya Fətva Evləri təşkilatının iclasına dəvət olunub
Avqustun 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmidi ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə şeyxülislam A.Paşazadə Azərbaycanla Misir arasında tarixən mövcud olmuş əlaqələrin əhəmiyyətindən, Misirin İslam dünyasında önəmli yerindən, habelə misirli alim və üləmaların dəyərli irsindən ətraflı danışıb. Misirlə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni-mənəvi müstəvidə münasibətlərin hər zaman inkişafda olduğundan məmnunluğunu ifadə edən QMİ sədri 40 ildən artıq şeyxülislamlığı dövründə dəfələrlə Misirə səfər etməsini, müxtəlif mötəbər elmi-dini forumlarda iştirakını səmimiyyətlə xatırladıb. Qeyd edilib ki, bu günədək aldığı dövlət mükafatları sırasında Misirin “Əl elm və əməl” ordeni xüsusi önəm kəsb edir. Misirin Azərbaycanın haqlı mübarizəsində haqqın yanında durmasını - Azərbaycanı müdafiə etməsini qədirbilən xalqımız, müsəlmanlarımız xüsusi dəyərləndirirlər.
Misirin nüfuzlu Əl-Əzhar Universitetinin bütün müsəlmanlar üçün dəyərli tədris, elm, ürfan mərkəzi olması fəxarət doğurur. İslam dünyasının ən nüfuzlu dini liderlərindən biri - Əl-Əzhərin Baş İmamı, Şeyx Əhməd Ət-Tayyibin sədrlik etdiyi Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının üzvü olması ilə qürur duyduğunu deyən şeyxülislam A.Paşazadə bunun ölkələrimiz və xalqlarımızın ümumi mənafeyinə xidmət etdiyini, İslam ümməti olaraq mənəvi əlaqələrimizin, islami həmrəyliyimizin dərinləşməsinə töhfə verdiyini vurğulayıb. O, həmçinin Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və Qafqaz Müsəlmanları İdarəsinin müştərək əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, birgə təşkilatçılıqda beynəlxalq tədbir təşkil etmək niyyətləri barədə danışıb.
Misir səfiri Hişam Mohamed Nağı Abdel Həmidi Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasında təkcə siyasi deyil, elmi, dini, ictimai sahələr üzrə də əlaqələrin yüksələn xətt üzrə irəliləməsindən şad olduğunu deyib. Şeyxülislam A.Paşazadəni Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasına üzv olması münasibətilə təbrik edən səfir üzvlük barədə sənədin əslini QMİ sədrinə təqdim etməkdən şərəf duyduğunu bildirib.
Diplomat, eyni zamanda, Misir prezidenti Əbdülfəttah Əs-Sisinin himayəsi altında bu ilin oktyabrında keçiriləcək Dünya Fətva Evləri təşkilatının iclasına dəvət məktubunu şeyxülislam A. Paşazadəyə təqdim edib. O, bu tədbir çərçivəsində QMİ sədrinin Əl-Qərafi mükafatı ilə təltif olunacağını vurğulayıb.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb