logo

Metronun “Xocəsən” stansiyasında "tok" kəsilib

09:29 01-08-2023 | icon 1393
Metronun “Xocəsən” stansiyasında "tok" kəsilib

“Xocəsən” stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginliyin itməsi qeydə alınıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, nəticədə qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb.

Lakin Bənövşəyi xəttin "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.

Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.