logo

Keçmiş baş nazir Surət Hüseynov vəfat edib

20:50 31-07-2023 | icon 1575
Keçmiş baş nazir Surət Hüseynov vəfat edib

Keçmiş baş nazir Surət Hüseynov vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə onun qohumları məlumat paylaşıb.

Qeyd edilib ki, Azərbaycanın 4-cü baş naziri uzun sürən xəstəlikdən sonra Türkiyədə xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1959-cu ildə Gəncədə anadan olan S.Hüseynov uzun illərdir Azərbaycandan kənarda yaşayırdı. O, 1993-cü il iyununda baş nazir vəzifəsinə təyin edilib, 1994-cü il oktyabrın 7-də isə vəzifəsindən uzaqlaşdırılıb.