İctimai TV-nin əməkdaşı Vidadi Hüseynov vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə onun iş yoldaşları sosial şəbəkədə məlumat paylaşıblar.
Qeyd edilib ki, televiziyanın redaktoru V.Hüseynov uzunsürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Vidadi Hüseynov 1965-ci il aprelin 29-da anadan olub. O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.