logo

Laçın şəhərinə daha 12 ailə yola salınıb

17:57 31-07-2023 | icon 1386
Laçın şəhərinə daha 12 ailə yola salınıb

İyulun 31-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

YeniAvropa xəbər verir ki, bu mərhələdə Laçına daha 12 ailə (53 nəfər) köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 180 ailənin (700 nəfər) daimi məskunlaşması təmin edilib.