logo

Sabirabadda üç yeniyetməni "tok" vurub öldürüb

12:52 31-07-2023 | icon 1218
Sabirabadda üç yeniyetməni "tok" vurub öldürüb

Sabirabadda 16 yaşlı oğlanı və 12 yaşlı əkiz qardaşları cərəyan vuraraq öldürüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 31-də saat 11:30 radələrində Sabirabad rayonunun Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - əkiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.