Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə, bir nəfərin Abşeron rayonunun Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolundakı yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.
Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.
FHN-in xilasediciləri aparılan psixoloji söhbət nəticəsində vətəndaşı intihar etmək fikrindən daşındırıb.