logo

Oğuz rayonunda zəlzələ olub

14:14 30-07-2023 | icon 1820
Oğuz rayonunda zəlzələ olub

Bu gün Oğuz rayonunda 3 maqnitudalı zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar iyulun 30-da yerli vaxtla saat 13:04-da Şəki stansiyasından 10 kilometr şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.