logo

Faktiki hava:Bəzi dağlıq  rayonlarda şimşək çaxıb, leysan yağıb

10:50 30-07-2023 | icon 1554
Faktiki hava:Bəzi dağlıq  rayonlarda şimşək çaxıb, leysan yağıb

İyulun 30-u saat 10:00-a olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki,düşən yağıntının miqdarı Balakəndə (Balakənçay) 36 mm, Astarada 34 mm, Mingəçevirdə 7 mm, Göygöldə 6 mm, Balakən, Lerik, Yardımlı, Qrız, Qax, Oğuz, Qəbələ, Şəki, Gəncə, Şahdağ, Şamaxı, Qusar, Xaçmaz, Quba, Göyçay, Goranboy, Biləsuvar, Şəmkir, Daşkəsən, Xınalıq, Lənkəranda 5 mm-dək olub.

Saat 08:30 radələrində Balakən rayonunda xırda dənəli dolu düşüb.

İyulun 29-da gün ərzində şimal-qərb küləyi arabir Neftçala, Naftalanda 20 m/s, Beyləqanda 18 m/s, Tərtərdə 16 m/s, Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.