logo

Sinoptiklərdən güclü külək, leysan,şimşək və sel xəbərdarlığı

16:16 28-07-2023 | icon 1505
Sinoptiklərdən güclü külək, leysan,şimşək və sel xəbərdarlığı

İyulun 29-dan 30-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti güclənəcək. Belə ki, küləyin maksimal sürətinin saniyədə 18-23, iyulun 29-u səhər yarımadanın bəzi yerlərində 30-32 metrə çatacağı gözlənilir.

YeniAvropa xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enərək 25-28° isti olacaq. İyulun 29-dan 30-u səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacaq. Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Qərb küləyi əsəcək, bəzi rayonlarda saniyədə 25-30 metrədək güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı proqnozlaşdırılır.