FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır: "Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb