“Türk-İş" Həmkarlar İttifaqları Konfederasiyası ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında memorandum imzalanacaq.
YeniAvropa xəbər verir ki, bu sözləri “Türk-İş" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay iyulun 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə keçirilən iclasda deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycanın niyyəti bölgədə sülh və sabitliyi təmin etmək, region ölkələri arasında əlaqələri, xüsusilə iqtisadi əməkdaşlığı dərinləşdirməkdir.
Ergün Atalay daha sonra Zəngəzur dəhlizinin açılmasının bütün region dövlətləri üçün faydalı olacağını da bildirib.