Səhiyyə Nazirliyi və QMİ könüllü qanvermə aksiyası təşkil edib
Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə iyulun 28-də könüllü qanvermə aksiyası təşkil edib. Qanvermə aksiyası Məhərrəm ayının 10-u - Aşura ilə əlaqədar keçirilib.
YeniAvropa Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının Bakı şəhəri və müxtəlif regionlarda yerləşən bölmələri tərəfindən keçirilir. Qanvermə aksiyaları paytaxtın 8 məscid və ziyarətgahında baş tutur. Eyni zamanda, aksiya respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Bərdə və Qubada keçirilir.
Qeyd edilib ki, qanvermə aksiyasında 18-65 yaşarası, çəkisi minimum 50 kiloqram olan fiziki sağlam şəxslər qan verə bilərlər. Qanverən şəxslər ilk olaraq həkim müayinəsindən keçirlər. Onların təzyiqi yoxlanılır, bədən hərarəti ölçülür və bundan sonra vətəndaşın qan verib-verə bilməyəcəyi müəyyənləşdirilir.
Qanvermə aksiyasında iştirak etmək istəyənlər aşağıdakı ünvanlara müraciət edə bilərlər.
Bakı şəhəri üzrə:
Mirmövsüm Ağa Ziyarətgahı - Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 1;
Əjdərbəy məscidi - Nəsimi rayonu, S.Vurğun küçəsi, 78;
“Sahib-əz-Zaman” məscidi - Nizami rayonu, R.Rüstəmov küçəsi, 25/24;
Bibiheybət məscid ziyarətgahı - Səbail rayonu, Bibiheybət yolu, 2;
Qaraçuxur məscidi - Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 58;
Təzə Pir məscidi - Yasamal rayonu, M.F.Axundzadə küçəsi, 7;
Hacı Soltanəli məscidi - Yasamal rayonu, S.Əsgərova küçəsi, 75;
İmam Əli məscidi - Binəqədi rayonu, 6-cı mkr., M.Məmmədxan küç., 3215 məh.
Mərkəzi Qan Bankının regional bölmələri üzrə:
Lənkəran şəhəri - Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Nizami küçəsi, 67;
Mingəçevir şəhəri - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası C korpusu, 20 Yanvar küçəsi;
Sumqayıt şəhəri - M.Hüseynzadə prospekti, Təcili Tibbi Yardım Xəstəxanası, 1-ci korpus, 1-ci mərtəbə;
Şəki şəhəri - M.Ə.Rəsulzadə küçəsi, 164;
Şirvan şəhəri - Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Heydər Əliyev prospekti, 16;
Bərdə şəhəri - N.Nərimanov küçəsi, 2;
Quba şəhəri - Tibb Kollecinin inzibati binası, Fətəli xan küçəsi, 10.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb