İşğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən amansızlıqla dağıdılmış məscidlər, kilsələr var. Prezident İlham Əliyev həmin ərazilərdə sökülən məbədlərin bərpasına diqqətlə yanaşır. Məscidlərlə yanaşı, kilsələr də təmir olunur.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.
“İşğaldan azad olunmuş ərazilərdə 10-a yaxın məscidin tikintisi davam edir”, - deyə şeyxülislam bildirib.