logo

İrandan Azərbaycana 8 kq narkotika keçirmək istədilər

09:29 28-07-2023 | icon 1351
İrandan Azərbaycana 8 kq narkotika keçirmək istədilər

İyulun 27-də saat 10:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti istiqamətində kolluq ərazidə gizlədilmiş bir ədəd bağlamada ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə marixuana, narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1725 ədəd “Pregobalin 150” və 12 ədəd “Golden wolf” həbi aşkarlanaraq götürülüb.

Qeyd olunub ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.