İyulun 26-da saat 17 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbə sakini 1979-cu il təvəllüdlü Asəf Nəsrullayevin yaşadığı evin yaxınlığında elektrik naqilini təmir edərkən cərəyan vurub.
YeniAvropa xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Asəf Nəsrullayevin ölüm faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.