Ödənişli parklanma yerlərinin idarə edilməsinə başlanılır
Bakı şəhərinin küçə və prospektlərində nəqliyyat vasitələrinin dayanma, durma və parklanması ilə bağlı mövcud problemlərin həll edilməsi, nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin olunması və şəhər mobilliyinin dayanıqlığına nail olunması üçün sistemli tədbirlər görülür. Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərar qəbul edib :
(https://nk.gov.az/uploads/doc/docs/64985b3ac318d.pdf)
Şəhər mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyasını ehtiva edən qərara əsasən Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir. 4-cü parklanma zonasına daxil edilən ərazilərdə parklanma ödənişsizdir. Eyni zamanda qaydalara əsasən, digər zonalarda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər də müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən YeniAvropa-ya bildirilib ki, iyulun 25-də qüvvəyə minən qərarın icrası ilə bağlı tədbirlər mərhələli qaydada həyata keçirilir. Artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə işlərə başlanılıb. Görülən tədbirlər çərçivəsində mərkəz və 1-ci zonaları əhatə edən ərazilərdə infrastruktur işləri – yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin təşkili həyata keçirilməkdədir.
Əvvəlcədən də qeyd olunduğu kimi, ödənişlər nağdsız formada mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə həyata keçiriləcək. Tətbiq artıq hazırdır və yaxın günlərdə istifadəyə veriləcək. Proses başa çatdıqdan sonra ödənişli parklanmanın tətbiqinə ilkin olaraq mərkəz və 1-ci zona olmaqla mərhələli şəkildə başlanılacaq. Ödənişli parklanmanın tətbiq ediləcəyi hər bir küçə barədə əvvəlcədən məlumatlandırmanın həyata keçirilməsi nəzərdə tutulub. Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat Könüllüləri” prosesə cəlb olunacaq. Yeni qaydalar tətbiq olunana qədər küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik.
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünya çempionatı: Daha bir boksçumuz qızıl medal üçün rinqə çıxacaq