Bu ilin ilk yarısında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan bir nəfər prokurorluq orqanlarından xaric edilib, 7 nəfər vəzifədən azad olunub, 17 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.
YeniAvropa xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında bildirib.
Prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verən Kamran Əliyev qeyd edib ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 14-ü Baş Prokurorluğun İntizam Komissiyasında, 6-ı isə Etik Davranış Komissiyasında baxılıb.
Əlavə olaraq vurğulanıb ki, 2023-cü ilin birinci yarısında 222 prokurorluq işçisi həvəsləndirilib, 6 prokurorluq işçisinə isə vaxtında əvvəl rütbə verilib.