Bu ilin birinci yarısında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 85 cinayət işi başlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verərkən deyib.
Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, keçirilmiş 19 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanıb, habelə 18 nəfər axtarışda olan şəxs saxlanılıb.
Həmçinin bildirilib ki, bu müddətdə Baş İdarədə fəaliyyət göstərən “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 2700 müraciətdən 43-ü üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.