logo

Bərdə-Yevlax dəmiryolu xəttində teplovoz "Chevrolet"lə toqquşub-yaralılar var

09:03 25-07-2023 | icon 2597
Bərdə-Yevlax dəmiryolu xəttində teplovoz "Chevrolet"lə toqquşub-yaralılar var

İyulun 25-də saat 03:50 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus teplovoz Bərdə-Yevlax mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 32-BC-687 olan "Chevrolet Cruze" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib. Maşinist tərəfindən təcili tormozlanma aparılsa da, tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində avtomobilin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.

“ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərində qatara yol verməklə hərəkətlərini davam etdirməyə çağırırıq”, - deyə məlumatda bildirilib.