Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən birinin meyiti tapılıb.
YeniAvropa xəbər verir ki, Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, iyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında 3 yeniyetmə dənizdə batıb. Dənizdə boğulanlar Zarat kənd sakinləri Manafov Mehdi Elgün oğlu, Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini Əhmədov Nemət Əbdül oğludur.
Hazırda axtarışlar davam etdirilir.