Ağstafada Qafqazın ən qədim emalatxanası aşkarlanıb
Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası Ağstafanın Aşağı Kəsəmən kəndində “Tava təpə” abidəsində tədqiqat işləri aparır.
YeniAvropa xəbər verir ki, “Tava təpə” abidəsini bəziləri “Taba təpə”, “Tabax təpə” kimi də adlandırır. Abidə Kür çayından 1,5 kilometr aralıda yerləşir. Son tunc, İlk dəmir dövrünə aid olan “Tava təpə” abidəsi Xocalı-Gədəbəy mədəniyyətinə məxsus tayfaların məskunlaşdığı ərazidədir. Abidədə ərazisində 3 ildir ki, Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar aparır. Bu müddət ərzində aşkar edilən nümunələr əsasında müsbət nəticələr əldə olunub. Eyni zamanda, abidə unikal coğrafi yerləşmə mövqeyinə görə də diqqət çəkir. Tarixçilərə görə, strateji əhəmiyyəti olan abidənin ətrafında Ceyrançölün qışlaq üçün əlverişli sahələri burada yaşayan tayfalara təsərrüfat üçün lazımi ehtiyaca əlçatanlığı təmin etmiş olub.
Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyanın rəhbəri Bəxtiyar Cəlilovun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, burada nəinki ölkəmizdə, bütövlükdə Qafqaz bölgəsində ən qədim saxsı qabların kütləvi istehsalı, qurudulması emalatxanası fəaliyyət göstərib. “Arxeoloji abidə bölgədə, Azərbaycanda və Qafqazda öz unikallığı ilə seçilən abidədir. İlkin tədqiqatlardan əldə olunmuş nümunələrin analizləri burada təxminən 400-500 il ərzində Xocalı-Gədəbəy mədəniyyətinə məxsus tayfaların məskunlaşdığını göstərir”,- deyə B.Cəlilov bildirib.
Qazıntılar zamanı ərzaq və çörək istehsalı mərkəzi, quyular, böyük ərzaq ehtiyatlarının saxlanması, ocaq qurğuları, yüksək temperaturda bişmiş gil və torpaq hissələri, dən üyütmə üçün alətlər, çörəyin üzərinə xüsusi naxışlar vurmaq üçün gil möhürlər aşkar edilib. Digər sahədə isə saxsı–keramika istehsalının əlamətləri müşahidə olunub. Yüksək temperaturda istehsal edilmiş gil şlaklar da aşkarlanıb. Qazıntılar davam etdirildikcə aydın olub ki, bu məkan istehsal edilən saxsıların qurudulması, bişirilməsi üçün böyük bir emalatxanadır. Burada uzunluğu 15 metrdən çox olan soba qurğusunun hissəsi də aşkar edilib. B.Cəlilov bildirib ki, belə bir emalatxana və soba Qafqazda həm ilkdir, həm də ən qədimidir. Yəni, unikallığına və böyüklüyünə görə arxeoloji ədəbiyyatda belə bir qurğuya hələ ki, rast gəlinməyib.
“Artıq 3 ildir ki, burada qazıntı işləri aparırıq. 2024-cü ildə arxeoloji qazıntı və araşdırma işlərini yekunlaşdırmağı planlaşdırırıq. Planımız 4 illik idi. Amma bu il aparılan qazıntı işləri zamanı gözləmədiyimiz maraqlı məqamlara rast gəldiyimiz üçün prosesi bir az da uzatmağı düşünürük. İndiyə qədər əldə etdiyimiz materialları isə 2024-cü ildə paylaşmağı nəzərdə tuturuq” – deyə italiyalı arxeoloq Alica Mendola vurğulayıb.
Tədqiqat işləri zamanı məlum olan maraqlı məqamlardan biri burada istehsal edilən saxsı qab nümunələrinin seriya ilə istifadə edilməsidir.
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünya çempionatı: Daha bir boksçumuz qızıl medal üçün rinqə çıxacaq