Onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış telejurnalist Natəvan Babayeva ötən gün vəfat edib.
YeniAvropa xəbər verir ki, o, bu gün doğulduğu Salyan rayonunun Parça Xələc kənd qəbiristanlığında valideynlərinin məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhum jurnalistin ailə üzvləri, rayon icra hakimiyyətinin rəsmiləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, N.Babayeva 1977-ci ildə Salyan rayonunun Parça Xələc kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTV-də aparıcı işləyib.
Allah rəhmət eləsin!