logo

Dövlətə xəyanətdə ittiham edilən Fidan Əliyevanın məhkəməsi başlayır

10:50 17-07-2023 | icon 1288
Dövlətə xəyanətdə ittiham edilən Fidan Əliyevanın məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham edilən Fidan Əliyevanın məhkəməsi başlayır.

YeniAvropa xəbər verir ki, bu gün keçiriləcək hazırlıq iclasına hakim Əli Məmmədov sədrlik edəcək. 

Fidan Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülsə də onun mahiyyəti hələlik açıqlanmayıb.

Qeyd edək ki,F.Əliyeva barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.