Bakı Metropoliteninin əməkdaşı metroda vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, "Elmlər Akademiyası” stansiyası istiqamətində “Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarın maşinistinə bir sərnişinin özünü pis hiss etməsi barədə məlumat daxil olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti dəvət edilib, sərnişin stansiyada düşürülüb, ilkin yardım göstərilib.
Bəxtiyar Məmmədov bildirib ki, tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib: “Vəfat edən sərnişin Bakı metropoliteninin Tunel qurğuları xidmətinin əməkdaşı 1959-cu il təvəllüdlü Kamil Zeynalov olub”.