logo

Faktiki hava: Şimşək çaxıb,  qısamüddətli yağış yağıb

09:49 16-07-2023 | icon 1043
Faktiki hava: Şimşək çaxıb,  qısamüddətli yağış yağıb

Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.

Xidmətdən YeniAvropa-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Ordubad, Xaltan, Tərtər, Beyləqanda 3 millimetrədək olub.

Qrız, Şahdağda duman müşahidə olunub.

Şimal-qərb küləyi əsib, Naftalanda arabir saniyədə 18, Bakıda və Abşeron yarımadasında arabir 19 metrədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatıb.

Havanın maksimal temperaturu iyulun 15-i Bakıda iqlim normasından 2.5 dərəcə yuxarı olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan Muxtar Respublikasında 37, aran rayonlarında 38, dağlıq rayonlarda 28 dərəcəyədək isti təşkil edib.