“Femida Dialoq Platforması”da sahibkarlarla görüş keçirilir
İyulun 14-də Ali Məhkəmə tərəfindən “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla görüş keçirilir.
YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sahibkarlar iştirak edirlər.
Ali Məhkəmənin sədri İnam Kərimov çıxış edərək bildirib ki, “Femida Dialoq Platforması”nın məqsədi hüquqşünaslar, vətəndaş cəmiyyəti institutları, sahibkarlar eləcə də digər sahələrdə fəaliyyət göstərən təşkilatlarla məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara dəstək vermək məqsədilə müzakirələrin aparılmasıdır.
İnam Kərimov “Femida Dialoq Platforması” çərçivəsində üçüncü görüşün sahibkarlarla keçirildiyini vurğulayaraq deyib: “Bu da təsadüfü deyil. Sahibkarlığın inkişafı dövlətimizin iqtisadi inkişaf siyasətinin əsasını təşkil edir. Yaxın tarixə diqqət yetirsək görərik ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda bazar iqtisadiyyatına keçid sürətlə baş verdi və ölkənin inkişaf strategiyası möhkəm təməllər üzərində quruldu. Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”.
Məhz bu düşünülmüş siyasət nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradılıb. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşıb, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artıb və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub”.
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünya çempionatı: Daha bir boksçumuz qızıl medal üçün rinqə çıxacaq