logo

Hacıqabulda zəlzələ qeydə alınıb

10:50 13-07-2023 | icon 1421
Hacıqabulda zəlzələ qeydə alınıb

İyulun 13-də saat 09:51-də Şirvan seysmoloji stansiyasından 16 kilometr şimalda, Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, zəlzələnin ocağı 34 kilometr dərinlikdə yerləşib, maqnitudası 3,5-ə bərabər olub.

Zəlzələ hiss olunmayıb.