Gədəbəy rayonunun Söyüdlü kəndində Səhiyyə Nazirliyi tərəfindən monitorinqlər aparılıb. Monitorinqlərin nəticələrinə görə, kənddə sağlamlıq nöqteyi-nəzərdən sakinlərə ciddi təsirlərin olmadığı müəyyən edilib.
YeniAvropa xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirilib ki, Gədəbəy rayonun Söyüdlü kəndində xəstələnmə səviyyəsi ümumi rayon üzrə orta statistik göstəricilərdən aşağıdır.
“Bu da o deməkdir ki, xəstələnmə hallarının Söyüdlüdə olan tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib. 86 nöqtədə radiasiya fonu, zərərli qaz və digər əksər parametrlər üzrə göstəricilər normalar daxilində olub”, - deyə nazir qeyd edib.