logo

Voleybol hakimimiz Avropa çempionatının finalına təyinat alıb

16:46 10-07-2023 | icon 1897
Voleybol hakimimiz Avropa çempionatının finalına təyinat alıb

Azərbaycanın voleybol üzrə beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.

YeniAvropa xəbər verir ki, o, Serbiya və Macarıstanda 17 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatımın final mərhələsinin oyunlarını idarə edəcək.

11-23 iyul tarixlərində baş tutacaq qitə birinciliyində 16 komanda mübarizə aparacaq. I qrupun oyunları Serbiyanın Vrnjaçka Banja şəhərində, II qrupun oyunları isə Macarıstanın Bekescsaba şəhərində olacaq.

CEV-in təyinatına əsasən Zaur Hacıyev II qrupun oyunlarında ədaləti qoruyacaq. Bu qrupda meydan sahibləri ilə yanaşı, Belçika, Fransa, Almaniya, Yunanıstan, Rumıniya, Sloveniya və Türkiyə yer alıb. I qrupda isə Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, İtaliya, Polşa, Serbiya və Niderland mübarizə aparacaq.

Birincilikdə yarımfinallar iyulun 22-də baş tutacaq. Bir gün sonra çempion bəlli olacaq.