logo

Ağcabədidə qidadan zəhərlənən 34 nəfərdən 11-i uşaqdır

10:40 10-07-2023 | icon 1141
Ağcabədidə qidadan zəhərlənən 34 nəfərdən 11-i uşaqdır

Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə iyulun 9-da saat 15:33 radələrindən başlayaraq 11-i uşaq olmaqla ümumilikdə 34 nəfər yerləşdirilib.

TƏBİB-dən YeniAvropa-ya verilən məlumata görə, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib.

İyulun 9-da aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir və vəziyyəti orta ağırdır.