logo

Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırılıb

22:44 06-07-2023 | icon 1673
Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırılıb

Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırılıb, 1 vəkilə töhmət verilib.

YeniAvropa xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Belə ki, iclasda vəkillər barəsində başlanılmış 22 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılıb, 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul olunub.