Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 27 il ötür
Bu gün Bakı Teleqüllə Kompleksinin layihələndirilməsindən 42, istismara verilməsindən 27 il ötür.
YeniAvropa xəbər verir ki, 1956-cı ildə istismara verilmiş 180 metrlik ilk Televiziya qülləsi polad bloklardan yığılmışdı. Yeni texnoloji tələblərə cavab vermədiyi üçün müasir əsaslarla keyfiyyətli radio-televiziya yayımlarının təşkil edilməsinə zərurət yaranmışdı. Bundan irəli gələrək SSRİ-nin Rabitə Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən Bakı Teleqüllə Kompleksi layihələndirilmiş və 1981-ci ildə onun tikintisinə başlanılmışdır. Bu unikal tikili layihələndirilərkən, Bakının qədimliyini və klassik üslubunu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşdirmək əsas hədəflərdən biri olmuşdur. Nəticədə Bakı Teleqüllə Kompleksinin üzərində dörd ədəd milli ornamentli şəbəkə yerləşdirilmişdir ki, şimal, cənub, qərb və şərq olmaqla, onların hər biri bir cəhətə istiqamətlənir.
Layihəyə əsasən, tikinti işləri 1985-ci ildə başa çatdırılmalı və Bakı Teleqüllə Kompleksi istismara verilməli idi. Lakin 80-ci illərdə SSRİ-ni əhatə edən maliyyə böhranı və sonda SSRİ-nin dağılması, maliyyə çatışmazlığı, tikinti zamanı iqlim şəraitinin nəzərə alınmaması və digər müxtəlif səbəblərdən tikinti işləri yarımçıq qalır.
Müstəqillik illərində tikinti işləri davam etdirilir və 1996-cı il iyulun 6-da Bakı Teleqüllə Kompleksi istifadəyə verilir. Beləliklə, tikinti işlərinin aparılması ümumilikdə 16 il çəkir.
Bakı Teleqüllə Kompleksi şəhərin hündür hissəsində inşa edilib. Bu da vizual görüntü ilə yanaşı, paytaxtın istənilən ərazisində və relyefdən asılı olaraq Bakı ətrafında 70-80 km radiusda radiodalğaların qəbuluna imkan verir.
Bakı Teleqüllə Kompleksi Azərbaycanda ən hündür tikilidir və dünyada olan teleqüllələr arasında hündürlüyünə görə 34-cü yerdədir. Konstruktiv göstəricilərinə görə Bakı Teleqüllə Kompleksinin bənzəri Litvanın paytaxtı Vilnüsdə mövcuddur. Hər iki tikinti eyni layihə institutunda, eyni baş arxitektor tərəfindən hazırlanıb.
Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli, 91 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na Bakı Teleqüllə Kompleksi də daxil edilib.
Bakı Teleqüllə Kompleksi ən müasir radio-televiziya avadanlıqları ilə təchiz olunmaqla, respublikamızda radio-televiziya yayımının, kosmik radio rabitənin, yerüstü radio rabitənin təşkilində önəmli vəzifəni yerinə yetirir.
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünya çempionatı: Daha bir boksçumuz qızıl medal üçün rinqə çıxacaq