logo

Göyçayda qonşuların mübahisəsi ölümlə nəticələndi

15:15 05-07-2023 | icon 1435
Göyçayda qonşuların mübahisəsi ölümlə nəticələndi

İyulun 5-i saat 12 radələrində 1989-cu il təvəllüdlü Şahmar Kərimovun ölməsi barədə Göyçay rayon Prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılan araşdırmalarla 1984-cü il təvəllüdlü Abbas Əliyevin qonşusu Şahmar Kərimovu aralarında yaranmış mübahisə zamanı Göyçay şəhərinin H.Z.Tağıyev küçəsində bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb.

Abbas Əliyev hadisəni törətdikdən sonra istintaqa könüllü təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.