logo

Yevlaxın Gənclər və İdman idarəsinin sabiq rəisinin məhkəməsi başlayır

13:33 05-07-2023 | icon 1386
Yevlaxın Gənclər və İdman idarəsinin sabiq rəisinin məhkəməsi başlayır

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən daxil olmuş materiallar əsasında Yevlax Şəhər Gənclər və İdman idarəsinin rəisi vəzifəsində işləmiş Binyamin Musayevin qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, istintaqla Binyamin Musayevin qeyd olunan vəzifədə işləyərkən 2019-2021-ci illər ərzində işə çıxmayan şəxslərin əmək funksiyalarını icra etmələri barədə cədvəlləri, habelə mükafatlandırma, ezamiyyə və qurumun fəaliyyəti ilə bağlı digər rəsmi sənədləri saxtalaşdırmaqla 129 min manatdan çox məbləğdə dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Toplanmış sübutlar əsasında Binyamin Musayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə vurulmuş maddi ziyandan 50 min manat pulunun ödənilməsi təmin olunub.