Paytaxtda iranlı narkotacirlərin kuryerləri saxlanılıblar
Paytaxtın Nərimanov rayonunda “Məhsun” və “İsi” adlı iranlı narkotacirlərin şəbəkəsinə daxil olan daha 6 nəfər saxlanılıb. Onlardan 14 kiloqram heroin və marixuana aşkar edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən dəstənin Azərbaycandakı üzvlərinin saxlanılması istiqamətində növbəti əməliyyatlar keçirilib. Nəticədə 6 nəfərdən ibarət 3 dəstənin üzvü saxlanılıb. Onlardan ümumilikdə 14 kiloqram, o cümlədən 11 kiloqram heroin və 3 kiloqram marixuana aşkar edilib.
Bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən ilk əməliyyat zamanı İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən olan paytaxt sakinləri Anar Quliyev və Elşən Sarızadə saxlanılıblar. Bu şəxslərdən qanunsuz yolla əldə etdikləri 3 kiloqram marixuana və 1 kiloqram heroin aşkar olunub.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə narkotiklərin satışı ilə məşğul olan daha 4 nəfər – Sadiq Həsənov, Sənan Qubatov, Vüqar Əmirov və Eldar Həsənov da saxlanılıblar. Bu şəxslərdən isə 10 kiloqram heroin və marixuana aşkar edilib.
Saxlanılan 6 nəfərin hər biri narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan “Məhsun” və “İsi” adlı İran vətəndaşlarından maddi gəlir qarşılığında satmaq məqsədilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünya çempionatı: Daha bir boksçumuz qızıl medal üçün rinqə çıxacaq