logo

Zəlzələ ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır-DİN

01:11 04-07-2023 | icon 1295
Zəlzələ ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır-DİN

Daxili İşlər Nazirliyinə (DİN) dağıntı tələfatla bağlı hər hansı məlumat daxil olmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir.