logo

Qəbələdə atasından polisə şikayətə gələn şəxs ölüb

20:20 03-07-2023 | icon 1344
Qəbələdə atasından polisə şikayətə gələn şəxs ölüb

İyulun 3-də saat 16 radələrində Qəbələ rayonu Dizaxlı kənd sakini 1975-ci il təvəllüdlü Soltanov Teymur Cəfər oğlu atası tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, torpaq sahəsinin zəbt edilməsinə görə özünü öldürəcəyini bildirən şəxs rayon polis şöbəsinə dəvət edilib. O sərxoş vəziyyətdə polis şöbəsinə gəldikdən sonra saat 19 radələrində qəfil halı pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Tibbi müdaxilələrə baxmayaq, o, ürək tutmasından ölüb.

Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri (221, 243, 315) məhkum olunan şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalar davam etdirilir.