logo

Abşeron rayonunda qadın və körpəsini öldürən şəxs həbs olunub

19:48 03-07-2023 | icon 1267
Abşeron rayonunda qadın və körpəsini öldürən şəxs həbs olunub

Abşeron rayonunda qadın və körpəsini qəsdən öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyunun 20-də rayonun Qobu qəsəbəsində 20 yaşlı qadın və 8 aylıq körpəsinin qəsdən öldürülməsi faktına görə Abşeron rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə 1993-cü il təvəllüdlü Fərid Hüseynli Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.7-ci və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.