logo

İrandan Azərbaycana 8 kq narkotika keçirmək istədi

11:55 25-06-2023 | icon 1806
İrandan Azərbaycana 8 kq narkotika keçirmək istədi

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 24-də saat 23:10-da DSX-in Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

Keçirilən əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Beyləqan rayon sakini 1987-ci il təvəllüdlü Zeynalov Həsən Fərman oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.