Sabahdan 7 günlük qeyri-iş günü-bayram tətili başlayır.
YeniAvropa xəbər verir ki, bu, qarşıdan gələn iki bayram-Silahlı Güvvələr Günü və Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarından sonra mümkün olub.
Belə ki,baş nazir Əli Əsədovun imzaladığı qərarə əsasən 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u qeyri-iş günləri olacaq.
Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq.
Qeyd edək ki, 26 iyun Azərbaycanın Silahlı Qüvvələri Günü, 28 və 29 iyun isə Qurban bayramıdır.