logo

Neftçalanın icra başçısı vətəndaşlar tərəfindən döyülməyib - DİN

13:31 23-06-2023 | icon 1491
Neftçalanın icra başçısı vətəndaşlar tərəfindən döyülməyib - DİN

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar həqiqəti əks etdirmir, yalandır.

YeniAvropa xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev KİV-ə müsahibəsində deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Neftçala RİH başçısı M.Seyidovun səyyar qəbul zamanı vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar yayılıb.