İyunun 23-ü Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
YeniAvropa xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, bu tarix Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilib.