logo

Gəncə və Göygöldə bəzi fərdi yaşayış evlərini su basıb

14:34 22-06-2023 | icon 1358
Gəncə və Göygöldə bəzi fərdi yaşayış evlərini su basıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə intensiv yağıntılar səbəbindən Gəncə və Göygöl şəhərlərində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması nəticəsində ətraf ərazilərə yaranan təhlükə ilə bağlı məlumatlar daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunanlarla əlaqədar nazirliyin müvafiq olaraq Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, o cümlədən Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin endirilməsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.