logo

Bu il 64 uşaq övladlığa götürülüb

12:12 22-06-2023 | icon 1253
Bu il 64 uşaq övladlığa götürülüb

Bu ilin ötən dövründə 34-ü oğlan, 30-u qız olmaqla 64 uşaq övladlığa götürülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesi e-sistem üzərindən həyata keçirilir.

Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına da nəzarət edilir. Bu məqsədlə uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər aparılır.

Bu il, həmçinin reinteqrasiya tədbirləri nəticəsində sosial xidmət müəssisələrindən 35-i oğlan, 33-ü qız olmaqla 68 uşaq öz bioloji ailələrinə qaytarılıb.

Qeyd edək ki,  2019-cu il noyabrın 1-dən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.